Türkiyədən Azərbaycana hazır geyim ixracı artıb | Banco.az

Türkiyədən Azərbaycana hazır geyim ixracı artıb

2021-ci ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artaraq 10,738 milyon dollar təşkil edib.

Bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Mart ayında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2020-ci ilin martı ilə müqayisədə 1,5 dəfə artıb və 5,797 milyon dollara bərabər olub.

2021-ci ilin yanvar-mart aylarında Türkiyənin dünya bazarlarına hazır geyim ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artaraq 4,707 milyard dollar təşkil edib.

Son 12 ay ərzində (mart 2020 - mart 2021) Türkiyə 17,611 milyard dollar məbləğində hazır geyim ixrac edib.

trend

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et