Türkiyədə zəlzələ baş verən bölgələrdə işçilərin ixtisarı qadağan edildi | Banco.az

Türkiyədə zəlzələ baş verən bölgələrdə işçilərin ixtisarı qadağan edildi

Müəllif - Aida İsaq, Banco.az

Türkiyədə baş verən zəlzələdən öncə həmin bölgələrdə yaşayan insanların iş yerlərindən ixtisar edilməsi qadağan edilib. 

Banco.az xəbər verir ki, beləliklə, iş yerlərinin fəaliyyət göstərmək gücündə olduğu halda işçilər işdən çıxarıla bilməz. Əks halda işəgötürənlərə cərimə tətbiq ediləcək. Eyni zamanda, əmək müqaviləsinin müddəti başa çatdığı ​​və ya işçi müəyyən qaydalara əməl etmədiyi təqdirdə işdən azad edilə bilər. Fövqəladə vəziyyətin tətbiq olunduğu bölgələrdə işəgötürənlərin müraciəti əsasında qısamüddətli iş fəaliyyətinə keçid edilə bilər. Bu zaman işçilərin əmək haqqının müəyyən hissəsi dövlət tərəfindən qarşılanacaq. Eyni zamanda bu və ya digər səbəblərdən işsiz qalan vətəndaşlara da dövlət tərəfindən maddi dəstək göstəriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram