Türkiyədə yanvar ayı üzrə inflyasiya göstəriciləri açıqlanıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Türkiyədə yanvar ayı üzrə inflyasiya göstəriciləri açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə ötən ay istehlak qiymətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 57,68 faiz artıb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) yanvar ayı üzrə istehlakçı və istehsalçı qiymətləri indekslərini açıqlayıb.

Bəlli olub ki, yanvar ayında Türkiyədə inflyasiya proqnozları üstələyib. Belə ki, bazar eksperləri illik inflyasiyanın 53,7 faiz, aylıq inflyasiyanın isə 3,8 faiz olacağını gözləyirdilər.

İstanbul Ticarət Palatasının (İTO) məlumatlarına görə, pərakəndə satış qiymətləri yanvar ayında əvvəlki aya nəzərən 5,94 faiz artıb. Yanvarda illik artım isə 79,68 faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram