Türkiyədə turistlərin sayı pandemiyadan əvvəlki səviyyəni keçib | Banco.az

Türkiyədə turistlərin sayı pandemiyadan əvvəlki səviyyəni keçib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ay Türkiyəyə gələn turistlərin sayı pandemiyadan əvvəlki səviyyəni keçib.

Banco.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, aprel ayında Türkiyəyə gələn xarici ziyarətçilərin sayı ötən ilin eyni ayı ilə müqayisədə 8,71 faiz artaraq 3 milyon 611 min 244 nəfərə çatıb.

Xatırladaq ki, pnademiyadan əvvəlki il olan 2019-cu ilin aprel ayında xarici ziyarətçilərin sayı 3,3 milyon nəfər olub.

Bununla yanaşı, ilin ilk dörd ayında əcnəbi ziyarətçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz artaraq 10,7 milyon nəfərə çatıb.

Almaniya bu ilin ilk 4 ayında Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələr arasında 16,20 faiz artım və 1 milyon 122 min 930 ziyarətçi ilə birinci olub. Bu ölkəni Rusiya və İran izləyir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et