Türkiyədə təqaüdçülərin fevral ödənişləri vaxtından əvvəl veriləcək | Banco.az

Türkiyədə təqaüdçülərin fevral ödənişləri vaxtından əvvəl veriləcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə zəlzələ səbəbindən fevral pensiyaları vaxtından əvvəl ödəniləcək.

Banco.az xəbər verir ki, Türkiyədə Əmək və Sosial Müdafiəsi Nazirliyi Kahramanmaraşda baş verən zəlzələlərdən sonra alınan tədbirlər çərçivəsində təqaüdçülərin fevral ayı maaşlarının vaxtından əvvəl veriləcəyini açıqlayıb.

Təqaüdlər çərşənbə axşamından etibarən verilməyə başlanılacaq.

Xatırladaq ki, daha əvvəl də dövlət idarələrində çalışanların maaşlarının da vaxtından əvvəl verilməsi qərarlaşdırılmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram