Türkiyədə “Telegram” bloklana bilər | Banco.az

Türkiyədə “Telegram” bloklana bilər

Müəllif:Ayşən İmanova/Banco.az

Türkiyə hakimiyyəti narkotik vasitələrin satışı və qumar oyunlarını təbliğ edən kanallara görə “Telegram”a girişi bloklaya bilər.

Banco.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

"Türkiyədə geniş istifadə olunan mesajlaşma proqramı olan "Telegram" cinayət bataqlığına çevrilib", - məlumatda deyilir.

Bildilib ki, Türkiyə Texnologiya və Rabitə Şurası “Telegram”ın baş ofisinə 
qanunsuz fəaliyyət üçün istifadə edilən kanalların bağlanması tələbi ilə 1 000-dən çox xəbərdarlıq göndərib, lakin hələ də cavab almayıb.

Qeyd edək ki, Türkiyə “Telegram”istifadəçilərinin sayına (təxminən 8 milyon) görə dünyada 10-cu yerdədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram