Türkiyədə sənaye istehsalı yenə də azalıb | Banco.az

Türkiyədə sənaye istehsalı yenə də azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə sənaye istehsalı may ayında da neqativ fazada qalıb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) may ayı üzrə sənaye istehsalı indeksini açıqlayıb.

Buna görə, ölkədə sənaye istehsalı may ayında illik 0,2 faiz azalıb. Bloomberg-in sorğusunda iştirak edən iqtidaçılar isə may ayında sənaye istehsalının illik 0,8 faiz artacağını gözləyirdilər.

Aylıq əsasda isə sənaye istehsalında 1,1 faiz artım müşahidə olunub.

Xatırladaq ki, ölkədə sənaye istehsalı aprel ayında illik 1,2 faiz, aylıq 0,9 faiz faiz azalmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et