Türkiyədə sənaye istehsalı 2,5 faiz artıb | Banco.az

Türkiyədə sənaye istehsalı 2,5 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə oktyabr ayında sənaye istehsalı artım göstərib.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) oktyabr ayı üzrə sənaye istehsalı məlumatlarını dərc edib.

Bu məlumatlara görə, ölkədə təqvim təsirindən kənarlaşdırılmış sənaye istehsalı əvvəlki ilin eyni ayına görə 2,5 faiz artım göstərib.

Həm təqvim, həm də mövsüm təsirlərindən kənarlaşdırılmış sənaye istehsalı əvvəlki aya görə 2,4 faiz artıb.

Adıçəkilən təsirlərdən kənarlaşdırılmamış sənaye istehsalı indeksi isə illik əsasda 3,1 faiz artıb.

Qeyd edək ki, sənayenin alt sektorları təhlil edildikdə, mədənçıxarma və karxanaçılıq sektorunda indeksin ötən ilin eyni ayı ilə müqayisədə 7,4 faiz, elektrik enerjisi, qaz, buxar və kondisioner istehsalı və bölüşdürülməsi sektorunda 4,8 faiz azaldığı, emal sənayesi sektorunda isə 3,7 faiz artdığı müşahidə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et