Türkiyədə qızıla tələbat 10 ilin pik həddinə çatıb | Banco.az

Türkiyədə qızıla tələbat 10 ilin pik həddinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

2023-cü ilin üçüncü rübündə Türkiyədə istehlakçıların qızıl tələbi 41,4 ton olaraq qeyd edilib.

Banco.az xəbər verir ki, Türkiyədə monetar sərtləşmənin təsirlərini göstərdiyi üçüncü rübdə qızıl tələbi illik səviyyədə azalsa da, yüksək kursunu saxlayıb.

Dünya Qızıl Şurasının açıqladığı üçüncü rüb məlumatlarına görə, Türkiyədə istehlakçıların qızıl tələbi bu rübdə illik 12 faiz azalaraq 41,4 ton olaraq hesablanıb. Bu tələbatın 11,2 tonu zərgərlik məmulatlarından, 30,2 tonu isə sikkələrdən yaranıb.

İlin birinci rübünə nəzər salsaq, Türkiyədə istehlakçı tələbatının 159,3 tona çatdığı görülür. Bu səviyyə hazırda 2013-cü ildən bəri qızıl tələbində ən yüksək səviyyə kimi qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, 2013-cü ildə Türkiyədə zərgərlik məmulatları və sikkələrlə birlikdə istehlakçıların ümumi qızıl tələbi 184,1 tona çatmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et