Türkiyədə "Qara Cümə" alış-verişləri bu il 2 dəfə artıb | Banco.az

Türkiyədə "Qara Cümə" alış-verişləri bu il 2 dəfə artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə “Qara Cümə” tendensiyasına maraq bu il daha da artıb.

Banco.az xəbər verir ki, maliyyə texnologiyaları şirkəti “Sipay” tərəfindən açıqlanan məlumatlara görə, “Qara Cümə” dövründə edilən alış-veriş əməliyyatlarının həcmi əvvəlki ilə nəzərən 3,5 dəfə, sayı isə təxminən 2 dəfə artıb.

Ötən il əhalinin ən çox maraq göstərdiyi ilk 3 kateqoriya geyim, qida və kosmetika olduğu halda, bu il kosmetika siyahının ilk pilləsinə yüksəlib. Kosmetika kateqoriyasını geyim və elektronika izləyib. 

Cümə günü alış-verişin ən pik vaxtı isə Türkiyə saatı ilə 16:00-21:00 arası olub.

Qeyd edək ki, siyahıya sığorta sənayesi də daxil olub. Bunu “Sipay” şirkətinin icraçı direktoru Semih Muşabak mövzu ilə bağlı qiymətləndirmə edərkən bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram