Türkiyədə pandemiyadan bəri ən aşağı artım qeydə alınıb | Banco.az

Türkiyədə pandemiyadan bəri ən aşağı artım qeydə alınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə iqtisadiyyatı 2023-cü ili 4,5 faiz artımla başa vurub.

Banco.az xəbər verir ki, Türkiyə iqtisadiyyatı 2022-ci ildə 5,6 faiz, 2021-ci ildə isə 11,5 faiz artıb.

Qeyd edək ki, pandemiya ili olan 2020-ci ildə artım 1,9 faiz səviyyəsində idi.

Bu da o deməkdir ki, 2023-cü ildəki artım tempi pandemiya ili olan 2020-ci ildən bəri ən aşağı artım olaraq qeydə alınıb. 

Ekspertlərin proqnozu isə sözügedən dövrdə 4,3 faiz artım olacağı istiqamətində idi.

Ən sərfəli kredit üçün müraciət et

Adambaşına düşən ÜDM 2023-cü ildə cari qiymətlərlə 307 min 952 TL, ABŞ dolları ilə isə 13 min 110 olaraq hesablanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et