Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyədə 2024-cü ildə taxıl istehsalı 7,5 faiz azalıb.
Banco.az xəbər verir ki, TÜİK-in məlumatlarına görə, bitkiçilik istehsalı əvvəlki illə müqayisədə tarla məhsullarında azalıb, meyvə və tərəvəz qrupunda isə artıb.
2024-cü ildə istehsal həcmləri əvvəlki illə müqayisədə tarla məhsulları olan taxıl və digər bitkiçilik məhsullarında (yem bitkiləri istisna olmaqla) 5,0 faiz azalıb.
Taxıl məhsulları istehsalı 2024-cü ildə əvvəlki illə müqayisədə 7,5 faiz azalaraq təxminən 39 milyon ton təşkil edib.
Əvvəlki illə müqayisədə:
-
Buğda istehsalı 5,5 faiz azalaraq 20,8 milyon ton olub,
-
Arpa istehsalı 12,0 faiz azalaraq 8,1 milyon ton olub,
Ən sərfəli kredit üçün müraciət et -
Çovdar istehsalı 15,7 faiz azalaraq 257 min ton olub,
-
Yulaf istehsalı 4,9 faiz azalaraq 390 min ton olub,
- Qarğıdalı istehsalı isə 10,0 faiz azalaraq 8,1 milyon ton olub
Bizi sosial şəbəkələrdən izləyin!!