Türkiyədə ötən il işsiz əhalinin sayı azalıb | Banco.az

Türkiyədə ötən il işsiz əhalinin sayı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən il Türkiyədə işsizlik nisbəti 9,4 faiz təşkil edib.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) işçi qüvvəsi üzrə sorğu nəticələrini açıqlayıb.

Ev Təsərrüfatları İşçi Qüvvəsi Sorğusunun nəticələrinə görə, 2023-cü ildə 15 və daha yuxarı yaşda olan işsizlərin sayı əvvəlki ilə nisbətən 318 min nəfər azalaraq 3 milyon 264 min nəfərə düşüb. İşsizlik səviyyəsi isə 1,0 bənd azalaraq 9,4 faiz təşkil edib. İşsizlik səviyyəsinin kişilər üçün 7,7 faiz, qadınlar üçün isə 12,6 faiz olduğu qeyd edilib.

2023-cü ildə məşğul əhalinin sayı əvvəlki ilə nisbətən 880 min nəfər artaraq 31 milyon 632 min nəfərə, məşğulluq səviyyəsi isə 0,8 bənd artaraq 48,3 faizə çatıb. Bu göstərici kişilər üçün 65,7 faiz, qadınlar üçün isə 31,3 faiz təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

2023-cü ildə işçi qüvvəsi əvvəlki ilə nisbətən 562 min nəfər artaraq 34 milyon 896 min nəfərə, işçi qüvvəsinə qoşulma nisbəti isə 0,2 bənd artaraq 53,3 faizə çatıb. İşçi qüvvəsində iştirak səviyyəsi kişilər üçün 71,2 faiz, qadınlar üçün isə 35,8 faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram