Türkiyədə ötən ay avtomobil istehsalı 24 faiz artıb | Banco.az

Türkiyədə ötən ay avtomobil istehsalı 24 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə yanvar ayında avtomobil istehsalı illik müqayisədə 24 faiz artıb.

Banco.az xəbər verir ki, Avtomobil Sənayesi Dərnəyinin açıqladığı məlumatlara görə, 2023-cü ilin yanvar ayında bazarın ümumi həcmi əvvəlki ilin eyni dövrünə görə 35 faiz artaraq 53 min 509 ədəd hesablanıb.

Sözügedən dövrdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə ümumi istehsal 24 faiz, avtomobil istehsalı isə 48 faiz artıb.

Kommersiya nəqliyyat vasitələri qrupunda istehsal 2023-cü ilin yanvar ayında 4 faiz azalarkən, ağır kommersiya avtomobil qrupunda 56 faiz artıb, yüngül kommersiya avtomobil qrupunda isə 8 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et