Türkiyədə mənzil qiymətləri 5,4 faiz artıb | Banco.az

Türkiyədə mənzil qiymətləri 5,4 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə mart ayında mənzil qiymətləri 5,4 faiz artıb.

Banco.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) 2023-cü ilin mart ayı üzrə Mənzil Qiymətləri İndeksi məlumatlarını açıqlayıb.

Türkiyədə evlərin keyfiyyətinə uyğunlaşdırılmış qiymət dəyişikliklərini izləmək üçün hesablanan indeks mart ayında əvvəlki ayla müqayisədə 5,4 faiz artaraq 809,3 punkt təşkil edib.

Üç böyük şəhər üzrə KPI dəyişikliyinə baxıldığında görülür ki, sözügedən dövrdə əvvəlki aya görə İstanbul, Ankara və İzmirdə müvafiq olaraq 4,7 faiz, 6,5 faiz və 6,1 faiz artım müşahidə olunub. Bununla da, indeks dəyərləri əvvəlki ilin eyni ayı ilə müqayisədə İstanbulda 127,3 punkt, Ankarada 135,2 punkt və İzmirdə 133,4 punkt hesablanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et