Türkiyədə maaşlı işçilərin sayı artım göstərib | Banco.az

Türkiyədə maaşlı işçilərin sayı artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə Statistika Təşkilatı (TÜİK) yanvar ayı üzrə maaş alan işçilərin statistikasını açıqlayıb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqladığı məlumatlara görə, yanvar ayında maaş alan işçilərin sayı əvvəlki ilin eyni ayına görə 7,8 faiz artıb.

TÜİK-in araşdırmasına görə, sənaye, tikinti və ticarət-xidmət sektorlarında çalışanların ümumi sayı yanvar ayında əvvəlki ilin eyni ayına nisbətən 7,8 faiz artıb. 2022-ci ilin yanvar ayında ödənişli işçilərin sayı 13 milyon 560 min 968 olduğu halda, bu ilin eyni ayında 14 milyon 625 min 242 nəfər olub.

Bildirilib ki, əmək haqqı alanların sayı sənaye sektorunda 4,9 faiz, tikinti sektorunda 18,1 faiz, ticarət-xidmət sektorunda isə 7,9 faiz artmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, maaş alan işçilərin statistikasının tərtib edilməsində qısa və premium xidmət bəyannaməsindən əldə edilən məlumatlara əsaslanılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et