Türkiyədə kriptovalyutalarla ödənişə qoyulan qadağa bitkoini ucuzlaşdırıb | Banco.az

Türkiyədə kriptovalyutalarla ödənişə qoyulan qadağa bitkoini ucuzlaşdırıb

Türkiyə Mərkəzi Bankının (TMB) ölkədə kriptovalyutalarla ödəniş qadağa qoyması bitkoinin ucuzlaşmasına səbəb olub.

Bu barədə "Wall Street Journal" nəşrinə istinadən xəbər verilir.

Xatırladaq ki, Türkiyənin tənzimləyici qurumu qərarını bu kimi aktivlərə nəzarətin mümkünsüzlüyü, kriptovalyutaların qanunsuz məqsədlər üçün istifadə edilməsi ehtimalı ilə izah edib.

Ötən gecə bitkoinin qiyməti 63 800 ABŞ dollarına qədər yüksəlsə də, TMB-nin qərarından sonra 61 000 dollara düşüb.

Ötən ay illik inflasiya göstəricisinın 16 faiz təşkil etdiyi Türkiyədə kriptovalyutalara marağın artması məhz lirənin dəyərdən düşməsi ilə bağlıdır.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et