Türkiyədə istirahət niyə sərfəlidir? | Banco.az

Türkiyədə istirahət niyə sərfəlidir?

Yayın qurtarmasına çox az qalır. Bəs Siz istirahət etmisinizmi? Hələ də belə imkanınız olmayıbsa, bu məqalə sizin üçündür. 

Keçən ilin göstəricilərinə əsasən Azərbaycanlı turistlərin əksəriyyəti istirahət üçün Türkiyəni seçiblər.Bu ölkəyə yayda səfər edənlər əsasən Antalyaya, Quşadası, Ege adasına, Aralıq dənizi sahillərinə səfər edirlər. Siyahıda sonrakı yerləri Rusiya, Gürcüstan, Ukrayna (Ukraynanın müalicə-kurort şəhərləri), Birləşmiş Ərəb Əmirliyi (Dubay şəhəri) tutur. Çox böyük bir ehtimal bu yay da birinci yerdə Türkiyə qərar tutacaqdır.

Bəs nə üçün Türkiyə?

İlk öncə yaxınlıq faktoru göz qarşısında dayanır. Bu həm qonşuluğun, həm tarixin, həm də millətin verdiyi yaxınlıqdır. Dilini, dinini bildiyin yerdə istirahət etmə istəyini normal qarşılamaq olar. Xalqlarımız arasında doğmalılıq, qardaş ölkə olması, türk və  azərbaycan dilləri arasında oxşarlıq sayəsində ünsiyyətdə çətinliyin olmaması, həmçinin vizasız gediş-gəliş Türkiyəyə səfərlərini həmvətənlərimiz üçün əlçatan və ən çox arzu olunan edir

Türkiyədə Avropanı yaşamaq istəyənlər isə birmənalı olaraq İstanbulu seçirlər.

Amma Türkiyəyə gedib də, İstanbulu görmədən qayıtmaq mümkün deyil.

 

İstanbul - əksər azərbaycanlıların alış-veriş və istirahət məqsədi ilə üz tutduğu şəhərlər sırasında ilk yerdə dayanır.

Bu şəhər Aralıq dənizi ölkələri arasında öz sərfəliliyi baxımından çox seçilir. Ona görə də bir çox əcnəbilər bu şəhəri öz səyahət siyahılarına daxil edirlər. 

İstanbulda shoppinq zamanı alınan ənənəvi məhsullar içərisində  zərgərlik məmulatları, yerli ustaların əl işi ilə hazırladığı bəzək əşyaları, keramik məmumaltlar, ölkə mədəniyyətini əks etdirən suvenirlər, dəri və xəz geyimlər, türk parçası, əl xalçaları, şirniyyatlar, ədviyyat və s daxildir.

Shopping festivallar sayəsində Türkiyədə və İstanbulda çoxda bahalı olmayan, keyfiyyətli məhsullar almaq mümkündür.

Ölkədə iri miqyaslı böyük endirimli shopping festivalları əsasən ildə iki dəfə yay və qışda keçirilir. Sizə çox da vaxt itirmədən yay festivalları zamanı Türkiyəyə səfər etməyi məsləhət görərdik, çünki alış-verişdən Türkiyənin kurort bölgələrini də istirahət məqsədi ilə ziyarət edə, möhtəşəm çimərlik mövsümündən zövq ala bilərsiniz.

İstanbulun əksər ticarət mərkəzləri həftə içi 6 gün (9.00-19.00), fəaliyyət göstərir, səyahətçilər demək olar ki, İstanbulun bütün ticarət nöqtələrini ziyarət edə bilərlər.

 

 İstanbulda alış-veriş –üçün ən yaxşı yerlər

1. Səs-küylü bazar alış-verişindənsə “elit” ticarəti üstün tutursunuzsa, Şişli, Nişantaşı, Taksim rayonlarını, İstiklal və Rumeli prospektlərinə baş çəkə bilərsiniz. bura həm alıcılar, müştərilər, həm də qonaqlar ilə bol olur, yükünüz ağır olsa, sizə kömək edənlər də tapılar. Xırda suvenirlər, qızıl əşyaları, bahalı brendlər, ürəyinizdən keçən hər şeyi tapa bilərsiniz, seçim və çeşidlər olduqca böyükdür.  Çarşı, Uzunçarşı. Xasırcılar isə daha fərqli aləmdir, bura müxtəlif çay, qəhvə, ceviz, quru meyvə, ədviyyat  və digər taamlar satan dükanlar ilə zəngindir.

Ən sərfəli kredit üçün müraciət et

2.  İri outlet-ticarət obyektləri sırasında Akmerkez, Kanyon, Cevahir, Olivium, Capitol, Karysel, Deposite Outlet Centre və ilk Ataköy şopping mall-una baş çəkə bilərsiniz. 

3.  Qiymət baxımından sərfəli alış-veriş üçün İstanbulda Laleli  bazarına gedin. Bu qədimi, iri, dünya əhəmiyyəti bazardır, onun sərəncamında beşmindən artıq dükan və ticarət köşkləri vardır.

4. Eski şeher və Kapalı çarşıdakı bazarlar xüsusi təqdirəlayiqdir. Burada hər bir məhsul ayrıca bir küçədə satılır, məsələn zərgərlər küçəsində zərgərlik məmulatları, xalça satılan dükanda isə xalçalar, əl işləri olan müxtəlif xalça kilim və s tapa bilərsiniz. İkinci məşhur bazar isə Sultan Ahmet bazarıdır. 

5. Zəfəranın, mixəyin, nanənin, darçının ətri insanlara gəl-gəl deyərək, onları müxtəlif şirniyyatlar və ətirli yağlar satılan Misir bazarına cəlb edir, bazar Eminönü məscidinin yaxınlığında yerləşir. Turistlər  burada yerli sənətlarların necə şedevrlər yaratdığını seyr edə bilərlər.

Bəzi tövsiyələrimiz: 

  • Türkiyə lirəsi Azərbaycan manatından ha ucuz olduğu pulu xərclə-xərclə qurtarmır.
  • Məsləhətdir ki, pulu Türkiyəyə getməmiş, burda ikən konversiya edəsiniz.
  • Yadda saxlayın: hava-limanında pul dəyişmək heç zaman əlverişli deyil, nəinki Türkiyədə və Azərbaycanda, bu qayda bütün ölkələr üçün keçərlidir.
  • Türkiyədə Azərbaycan manatı, istanbuldakı bəzi valyuta dəyişmə məntəqələri istisna olmaqla heç yerdə qəbul olunmur, ona görə özünüzlə nağd yerli pul götürməyə dəyməz.
  • Avro ya Dollar deyə düşünürsünüzsə, Türkiyədə iri ticarət mərkəzlərinin əksəriyyətində qiymətlər lirə və avro ilə göstərilir. Hər iki valyutada ödəniş etmək mümkündür. Dolları isə orada daha ucuz qiymətə satmalı olacaqsınız, ona görə avro daha çox məsləhətlidir.
  • Amma ən yaxşısı nağdsız alış-veriş etməkdir. Pulu hansı plastik kartda, Mastercard və ya Visada aparmağı soruşa bilərsiniz.
  • Türkiyə Avropa ölkəsidir. Avropada isə MasterCard daha əlverişlidir. Digər nəzərə almalı olduğunuz məqam konvertasiya xərclədir ki, bundan yayınmaq üçün ən yaxşı çıxış yolu həm Türkiyədə, həm də bizim ölkəmizdə fəaliyyət göstərən bankın xidmətindən və plastik kartlarından istifadə etməkdir.

Hazırda bir çox banklar Türkiyədə alış-veriş edib, sonra onu hissəli şəkildə ödəmək imkanı verirlər. Bu əsasən taksit kart məhsulları olan Worldcard, Albalı Plus və Bolkart –la mümkündür. Siz Türkiyədə alış veriş edib, ödənişləri isə Azərbaycana qayıtdıqdan sonra edə bilərsiniz,

Onu da nəzərə alın ki, Bakıdan fərqli olaraq, İstanbulda kartla ödəniş etməyin mümkün olduğu yerlər dəfələrlə daha çoxdur və onlar təkcə bahalı və VİP ticarət obyektləri deyil.

İstənilən halda Sizə səfərinizdən bol zövq almağı, bu yayı ömrünüzünü ən unudlmaz tətili kimi keçirməyi tövsiyə edirik.

Könül Soltanova, könü[email protected]

Ən sərfəli krediti almaq üçün müraciət et