Türkiyədə istehlak kreditlərinin xüsusi çəkisi 10%-ə çatmır | Banco.az

Türkiyədə istehlak kreditlərinin xüsusi çəkisi 10%-ə çatmır

Türkiyənin bank sektorunun cəmi kredit həcmi ötən həftənin sonunda 2 trilyon 562 milyard 750 milyon lirə təşkil edib. 

Müştərilərə verilən cəmi kreditlərin 434 milyard 416 milyon lirəsini və ya 17%-ni ev təsərrüfatlarına verilən kreditlər təşkil edib. Bu kreditlərin 190 milyard 969 milyon lirəsini ipoteka, 6 milyard 78 milyon lirəsini avtomobil və 237 milyard 368 milyon lirəsini ehtiyac (nağd pul, əşya krediti, tətil krediti, təhsil krediti və s) kreditləri təşkil edib. İpoteka xaric istehlak kreditləri (avtomobil və ehtiyac) cəmi kreditlərin 9,5%-nə bərabərdir. 

Ən sərfəli kredit üçün müraciət et

NİSBƏT AZƏRBAYCANDA 3 DƏFƏ YÜKSƏKDİR

Sentyabr ayının sonuna olan məlumata görə, Azərbaycanda banklarının cəmi 14 milyard 243 milyon manatlıq kredit qoyuluşlarının 44%-ni və ya 6 milyard 292 milyon manatını ev təsərrüfatlarına verilən kreditlər təşkil edib (ipoteka kreditləri daxil). Cəmi kredit qoyuluşlarının 4 milyard 349 milyon manatı və ya 30,5%-i sırf istehlak kreditlərindən ibarət olub.

marja

 

Ən sərfəli krediti almaq üçün müraciət et