Türkiyədə işsizlik yenidən iki rəqəmli həddə çatıb | Banco.az

Türkiyədə işsizlik yenidən iki rəqəmli həddə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə fevral ayında işsizlik yenidən iki rəqəmli həddə çatıb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) İşçi Qüvvəsi Statistikaları, Fevral 2023 məlumatlarını açıqlayıb.

Müvafiq olaraq, 2023-cü ilin fevral ayında 15 və daha yuxarı yaşda olan işsizlərin sayı əvvəlki aya görə 65 min nəfər artaraq 3 milyon 514 min nəfərə çatıb. İşsizlik nisbəti isə 0,2 faiz bəndi artaraq 10,0 faiz qeydə alınıb. İşsizlik nisbəti kişilər üçün 8,7 faiz ikən, qadınlar üçün 12,6 faiz hesablanıb.

2023-cü ilin fevral ayında məşğul əhalinin sayı əvvəlki ayla müqayisədə 361 min nəfər azalaraq 31 milyon 460 min nəfər, məşğulluq nisbəti isə 0,6 bənd azalaraq 48,2 faiz olub. Bu göstərici kişilərdə 65,0 faiz olduğu halda, qadınlarda 31,8 faiz müəyyən edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et