Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyədə III rüb üzrə işsizlik səviyyəsi 10% qeydə alınıb.
Banco.az xəbər verir ki, Türkiyə Statistika Bürosu (TÜİK) 2022-ci ilin iyul-sentyabr ayları üzrə işçi qüvvəsi statistikasını açıqlayıb.
Buna görə, ölkədə mövsüm təsirlərindən təmizlənmiş işsizlik nisbəti 0,7 bənd azalaraq 10,0 faiz hesablanıb. Bu nisbət kişilərdə 8,7 faiz, qadınlarda isə 12,8 faiz təşkil edib.
Ev Təsərrüfatları İşçi Qüvvəsi Sorğusunun nəticələrinə görə, 15 və yuxarı yaşda olan işsizlərin sayı ilin III rübündə əvvəlki rübə nəzərən 234 min nəfər azalmaqla 3 milyon 433 min olub.
2022-ci ilin üçüncü rübündə ölkədə məşğul əhalinin sayı isə ötən rüblə müqayisədə 123 min nəfər artımla 30 milyon 787 min nəfər hesablansa da, ümumi məşğulluq nisbəti dəyişməyərək 47,5 faiz olaraq qalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!