Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyədə işsizlik səviyyəsi ilin üçüncü rübündə aşağı düşüb.
Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) 2023-cü ilin III rübü: İyul-Sentyabr ayları üzrə İşçi Qüvvəsinin Statistikasını açıqlayıb.
Ev Təsərrüfatları İşçi Qüvvəsi Sorğunun nəticələrinə görə, 2023-cü ilin üçüncü rübündə 15 və daha yuxarı yaşda olan işsizlərin sayı əvvəlki rüblə müqayisədə 161 min nəfər azalaraq 3 milyon 218 min nəfərə çatıb.
İşsizlik səviyyəsi isə 0,5 bənd azalaraq 9,2 faiz təşkil edib. İşsizliyin səviyyəsi kişilərdə 7,5 faiz, qadınlarda isə 12,5 faiz müəyyən edilib.
2023-cü ilin üçüncü rübündə məşğul əhalinin sayı əvvəlki rüblə müqayisədə 124 min nəfər artaraq 31 milyon 724 min nəfərə çatıb, məşğulluq səviyyəsi isə dəyişməyərək 48,4 faiz təşkil edib. Bu nisbət kişilərdə 65,8 faiz olduğu halda, qadınlarda 31,4 faiz olub.
Bizi sosial şəbəkələrdən izləyin!!