Türkiyədə yaşı 15 və daha yuxarı olan işsizlərin sayı 2018-ci ilin Oktyabrında ötən ilin eyni dövrünə nisbətən 501 min nəfər artaraq 3 milyon 788 min nəfər olub.
İşsizlik nisbəti 1,3 bənd artım ilə 11,6% səviyyəsinə qalxıb. Bu, 2017-ci ilin Mart ayından bəri ən yüksək səviyyədir.
Proqnoz 11.4% idi.
Həmin dövrdə; Kənd təsərrüfatı xaric işsizlik nisbəti 1,3 bəndlik artım ilə 13,6% olub. Gənc əhali (15-24 yaş) arasında işsizlik nisbəti 3 bənd artım ilə 22,3%, 15-64 yaş qrupunda bu nisbət 1,4 bənd artım ilə 11,9% təşkil edib.
Marja