Türkiyədə işsizlik 4 ildən sonra yenidən birrəqəmli həddə düşüb | Banco.az

Türkiyədə işsizlik 4 ildən sonra yenidən birrəqəmli həddə düşüb

Tamara Mustafayeva, Banco.az

Türkiyə Statistika Təşkilatı (TÜİK) avqust ayı üzrə işçi qüvvəsi statistikasını açıqlayıb.

Banco.az türk mətbuatına istinadən xəbər verir ki, bu statistikaya əsasən, 15 və daha yuxarı yaşlı fərdlər arasında işsizlərin sayı avqust ayında əvvəlki aya görə 100 min nəfər azalaraq 3 milyon 312 min nəfər olub.

0,4 faiz bəndi azalan işsizlik nisbəti isə 9,6 faiz hesablanıb. Beləliklə, 2014-cü ilin martından bəri ən aşağı səviyyəyə geriləyən işsizlik ötən 4 ildə ilk dəfə birrəqəmli həddə düşüb.

İşsizlik nisbəti kişilər üçün 8,2 faiz ikən, qadınlar üçün 12,5 faiz qeyd edilib.

15-24 yaş qrupunu əhatə edən gənc əhali arasında işsizlik səviyyəsi əvvəlki ayla müqayisədə 0,8 faiz bəndi azalaraq 18,0 faiz təşkil edib. Bu yaş qrupunda işsizlik səviyyəsi; Kişilər üçün 15,2 faiz, qadınlar üçün isə 23,3 faiz hesablanıb.

Avqust ayında məşğul əhalinin sayı isə əvvəlki ayla müqayisədə 366 min nəfər artaraq 31 milyon 14 min nəfər, məşğulluq nisbəti də 0,5 faiz bəndi artaraq 47,9 faiz olub. Bu göstərici kişilərdə 65,3 faiz olduğu halda, qadınlarda 30,8 faiz olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram