Türkiyədə işsiz əhalinin sayı azalıb | Banco.az

Türkiyədə işsiz əhalinin sayı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə iyulda işsizlik nisbəti 8,8 faiz təşkil edib.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) iyul azı üzrə məşğulluq göstəricilərini açıqlayıb.

Ev Təsərrüfatları İşçi Qüvvəsi Sorğusunun nəticələrinə görə, 2024-cü ilin iyul ayında 15 və daha yuxarı yaşda olan işsizlərin sayı əvvəlki ayla müqayisədə 112 min nəfər azalaraq 3 milyon 167 min nəfərə düşüb.

İşsizlik səviyyəsi 0,4 bənd azalaraq 8,8 faiz təşkil edib. İşsizlik səviyyəsi kişilərdə 7 faiz, qadınlarda isə 12,4 faiz müəyyən edilib.

İyulda məşğul əhalinin sayı əvvəlki ayla müqayisədə 235 min nəfər artaraq 32 milyon 712 min nəfərə, məşğulluq səviyyəsi isə 0,3 bənd artaraq 49,6 faizə çatıb. Bu göstərici kişilərdə 67,4 faiz, qadınlarda isə 32,2 faiz təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

2024-cü ilin iyul ayında işçi qüvvəsi əvvəlki ayla müqayisədə 123 min nəfər artaraq 35 milyon 879 min nəfərə, işçi qüvvəsində iştirak nisbəti isə 0,1 bənd artaraq 54,4 faizə çatıb. İşçi qüvvəsində iştirak nisbəti kişilərdə 72,4 faiz olduğu halda, qadınlarda 36,8 faiz olmuşdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram