Türkiyədə işsiz əhalinin sayı azalıb | Banco.az

Türkiyədə işsiz əhalinin sayı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə işsizlik nisbəti mart ayında azalıb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) mart ayı üzrə işçi qüvvəsi statistikasını açıqlayıb.

Ev təsərrüfatlarının işçi qüvvəsi sorğusunun nəticələrinə görə, 2024-cü ilin mart ayında 15 və daha yuxarı yaşda olan işsizlərin sayı əvvəlki ayla müqayisədə 19 min nəfər azalaraq 3 milyon 57 min nəfərə düşüb.

İşsizlik nisbəti isə 0,1 bənd azalaraq 8,6 faiz təşkil edib. İşsizlik səviyyəsi kişilər üçün 6,8 faiz, qadınlar üçün isə 12 faiz müəyyən edilib.

Mart ayında məşğul əhalinin sayı əvvəlki ayla müqayisədə 139 min nəfər artaraq 32 milyon 588 min nəfərə, məşğulluq nisbəti isə 0,2 bənd artaraq 49,5 faizə çatıb. Bu göstərici kişilərdə 66,9 faiz, qadınlarda isə 32,5 faiz təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən dövrdə əvvəlki aya görə işçi qüvvəsi 121 min nəfər artaraq 35 milyon 645 min nəfərə, işgücünə qoşulma nisbəti isə 0,2 bənd artaraq 54,2 faizə yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et