Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyədə işsizlik səviyyəsi ilin ikinci rübündə 0,3 faiz bəndi azalıb.
Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) 2023-cü ilin ikinci rübü üzrə İşçi Qüvvəsinə dair statistiki məlumatları açıqlayıb.
Məlumatlar göstərir ki, ölkədə cari ilin II rübündə 15 və daha yuxarı yaşda olan işsizlərin sayı əvvəlki rüblə müqayisədə 73 min nəfər azalaraq 3 milyon 400 min nəfər olub.
İşsizlik nisbəti isə 0,3 faiz bəndi azalaraq 9,7 faiz hesablanıb. Bu nisbət kişilər üçün 7,8 faiz, qadınlar üçün də 13,4 faiz təşkil edib.
İlin sözügedən dövründə məşğul əhalinin sayı əvvəlki rüblə müqayisədə 151 min nəfər artaraq 31 milyon 513 min nəfər, məşğulluq nisbəti isə 0,1 faiz bəndi artaraq 48,2 faiz olub. Bu nisbət kişilərdə 65,7 faiz olduğu halda, qadınlarda 31,1 faiz qeydə alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!