Türkiyədə işsiz əhalinin sayı artım göstərib | Banco.az

Türkiyədə işsiz əhalinin sayı artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə dekabr ayı üzrə işsizlik nisbəti 10,3 faiz hesablanıb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) işçi qüvvəsi üzrə 2022-ci il göstəricilərini dərc edib.

Belə ki, Ev Təsərrüfatları İşçi Qüvvəsi Sorğusunun nəticələrinə görə, 2022-ci ilin dekabr ayında ölkədə 15 və yuxarı yaşda olan işsizlərin sayı əvvəlki ayla müqayisədə 62 min nəfər artaraq 3 milyon 633 min nəfərə çatıb.

İşsizlik səviyyəsi 0,1 faiz bəndi artaraq 10,3 faiz təşkil edib. İşsizlik nisbəti kişilər üçün 8,2 faiz ikən, qadınlar üçün 14,4 faiz olduğu güma edilib.

Qeyd edək ki, 2022-ci ilin dekabr ayında məşğul əhalinin sayı isə əvvəlki ayla müqayisədə 18 min nəfər artaraq 31 milyon 573 min nəfər olub, məşğulluq nisbəti 48,5 faizdə dəyişməz qalıb. Bu göstərici kişilərdə 66,0 faiz olduğu halda, qadınlarda 31,3 faiz olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et