Türkiyədə iqtisadi inam indeksi ARTIB | Banco.az

Türkiyədə iqtisadi inam indeksi ARTIB

Türkiyə Statistika Komitəsi avqust ayı üçün iqtisadi inam indeksini açıqlayıb.

Banco.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iqtisadi inam indeksi bu ay ötən ay ilə müqayisədə 7,9 faiz artaraq 87,1 faizə qədər yüksəlib. İndeksin artması istehlakçı, real sektor (istehsal sənayesi), xidmətlər, pərakəndə ticarət və inşaat sektorunda müşahidə olunan inam indekslərinin artması ilə əlaqədardır.

Ən sərfəli kredit üçün müraciət et

Avqust ayında istehlakçı inam indeksi 58,3, real sektorun inam indeksi 102.1, xidmət sektorunun inam indeksi 89.1, pərakəndə ticarət etimad indeksi 95, tikinti sektoruna inam indeksi isə 55.5 faizə qədər yüksəlib.

Aida İSAQ, Banco.az