Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyədə iqtisadi inam 7 ayın ən aşağı həddindədir.
Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) İqtisadi İnam İndeksi, İyun 2024 nəticələrini dərc edib.
Nəticələr göstərir ki, ölkədə iqtisadi inam indeksi may ayında 98,2 punkt ikən, iyunda 2,5 faiz azalaraq 95,8 punkta düşüb.
Əvvəlki ayla müqayisədə iyun ayında istehlakçı inam indeksi 2,7 faiz azalaraq 78,3 punkta, real sektorun inam indeksi 1,9 faiz azalaraq 100,5 punkta, xidmət sektoru inam indeksi 1,5 faiz azalaraq 115,4 punkta, pərakəndə ticarət sektoru inam indeksi 2,6 faiz azalaraq 108,8 punkta, tikinti sektoru inan indeksi isə 0,5 faiz azalaraq 87,9 punkta düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!