Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyədə oktyabr ayında inflyasiya aşağı düşüb.
Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) oktyabr ayı üzrə istehlakçı və istehsalçı qiymətləri indekslərini açıqlayıb.
Məlumatlar göstərir ki, oktyabrda istehlak qiymətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 61,36 faiz artıb.
Aylıq artım isə 3,43 faiz təşkil edib.
Qeyd edək ki, iqtisadçılar aylıq inflyasiyanın 4 faiz, illik inflyasiyanın isə 62,2 faiz olacağını proqnozlaşdırırdılar.
Əsas göstəricilərdə illik inflyasiya artımı davam etsə də, proqnozları keçə bilməyib. Belə ki, illik baza inflyasiya oktyabr ayında 69,76 faiz hesablanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!