Türkiyədə inflyasiya yavaşlayıb | Banco.az

Türkiyədə inflyasiya yavaşlayıb

Müəllif:Ayşən İmanova/Banco.az

Türkiyədə dekabrda istehlak qiymətləri illik ifadədə 44,4% artıb.

Banco.az xəbər verir ki, bu barədə ölkənin Statistika İnstitutunun (TÜİK) hesabatında deyilir.

Dekabr ayında qiymət artım tempi ardıcıl yeddinci ay yavaşlayıb ki, bu da 2023-cü ilin iyun ayından bəri ən aşağı göstəricidir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunur ki, noyabrda illik inflyasiya 47,1% təşkil edib.

Dekabrda ərzaq və alkoqolsuz içkilər 43,6% (noyabrda 48,6%), kommunal xidmətlər 69% (74,5%), alkoqol və tütün məmulatları 39,3% (həmçinin 39,3%), geyim və ayaqqabılar 32,3% (31,5%) bahalaşıb. Mehmanxana, kafe və restoranlarda qiymətlər illik ifadədə 57,1% (59,4%), rabitə xidmətləri üzrə qiymətlər isə 34,1% (35,7%) artıb.

Ölkədə istehlak qiymətləri ötən ay noyabr ayı ilə müqayisədə 1% artıb ki, bu da 2023-cü ilin may ayından bəri ən kiçik artımdır.