Türkiyədə inflyasiya ötən 24 ilin maksimumuna çatıb | Banco.az

Türkiyədə inflyasiya ötən 24 ilin maksimumuna çatıb

Tamara Mustafayeva, Banco.az

Türkiyədə inflyasiyanın artım tempi avqust ayında da davam edib.

Banco.az türk mətbuatına istinadla xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) avqust ayı üzrə istehlakçı və istehsalçı qiymətləri indekslərini açıqlayıb.

Məlumatlar istehlakçı inflyasiyasının 80 faizi ötdüyünü göstərir. Beləliklə, istehlak inflyasiyası 1998-ci ildən bəri qeydə alınan ən yüksək həddə çatıb. İstehsalçı inflyasiyası isə illik 143,75% təşkil edib.

Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, avqust ayında istehlak qiymətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 80,21% artıb. Aylıq əsasda artım isə 1,46 faiz təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumatlar nüvə inflyasiyasındakı artımın da davam etdiyini göstərir. Buna görə, illik nüvə inflyasiyası avqust ayında 66,08 faiz hesablanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et