Türkiyədə inflyasiya göstəriciləri açıqlanıb | Banco.az

Türkiyədə inflyasiya göstəriciləri açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə istehlak inflyasiyası illik artımını 17-ci ayda da davam etdirməklə 1998-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, ölkədə istehlak qiymətləri indeksi oktyabr ayında əvvəlki ilin eyni ayına nəzərən 85,51 faiz artıb. Aylıq inflyasiya isə sentyabr ayı ilə müqayisədə daha da sürətlənərək 3,54 faiz təşkil edib.

Ekspertlər inflyasiyanın aylıq 3,55 faiz, illik 85,53 faiz olacağını gözləyirdi.

İnflyasiyanın ən çox artım göstərdiyi sahələr müvafiq olaraq 117,5 faizlə nəqliyyat, 99,05 faizlə qisa və alkoqolsuz içkilər, 93,63 faizlə isə məişət malları olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et