Türkiyədə gömrük vergisini SMS ilə ödəmək mümkündür | Banco.az

Türkiyədə gömrük vergisini SMS ilə ödəmək mümkündür

Ölkənin ən böyük maliyyə qurumlarından olan "Halkbank"ın yeni mobil proqram tətbiqi ilə gömrük vergisinin ödəyicisi olan firmalar və təmsil etdikləri müəssisələr adından əməliyyat aparan gömrük nümayəndəlikləri gömrük vergisini telefondan SMS göndərməklə ödəyə biləcəklər.

Bankdan verilən açıqlamaya görə, SMS ilə gömrük vergisi ödəmə tətbiqindən faydalanmaq istəyənlər əvvəlcə "Halkbank" şöbələrinə və ya bankın internet şöbəsinə birdəfəlik məlumat göndərməlidirlər. İstifadəçilərin göndərəcəkləri məlumatda ödəmənin hansı hesabdan və hansı telefon nömərsindən ediləcəyi bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bu tətbiqdən istifadə edən vergi ödəyiciləri həm vaxtlarına, həm də vəsaitlərinə qənaət etmiş olurlar.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et