Yaxın zamanlarda Türkiyə Böyük Millət Məclisinə (TBMM) yeni vergi öhdəlikləri layihəsi təqdim ediləcək.
Banco.az xəbər verir ki, yeni layihədə yer alan məsələlərdən biri üst liqa futbolçularının vergi fazilərinin artırılması ilə bağlıdır. Belə ki, idmançılara tətbiq olunan 15 faizlik verginin 20 faizə qədər qaldırılması nəzərdə tutulub. İllik gəliri 500 min TL-dən çox olanlardan illik gəlir hesabatı tələb olunacaq. Düzgün vergi ödəyicilərinə isə 5 ballıq güzəştlərin edilməsi gözlənilir.
Həmçinin oxu: Azərbaycan milli futbol yığmasında ən bahalı futbolçuların ADLARI - SİYAHI
Yeni tənzimləmə ilə əlaqədar açıqlama verən AK Partiyasının nümayəndəsi Mehmet Muş idmançılar üçün vergi güzəştlərinin aradan qaldırılacağını söyləyib.
"İdmançılar üçün mövcud olan istisnaları aradan qaldırırıq. İdmançıların gəlir vergisi 20 faiz artırılacaq. Paketin məqsədi çox qazananların vergi nisbətindən daha çox vergi, daha az qazanan adamdan daha az vergilərin alınmasıdır. Təklif bunu gerçəkləşdirməyi hədəfləyir".
SUPER LİQANIN ƏN ÇOX QAZANANLARI:
Futbolçunun adı |
Komandası | Gəliri |
Falcao |
Galatasaray | 5 milyon avro |
Feghouli |
Galatasaray | 3.8 milyon avro |
Muslera |
Galatasaray | 3.5 milyon avro |
Belhanda |
Galatasaray | 3.3 milyon avro |
Nzonzi |
Galatasaray | 3.2 milyon avro |
Musa |
Fenerbahçe | 3.2 milyon avro |
Sosa |
Trabzonspor | 3.2 milyon avro |
Dirar |
Fenerbahçe | 3 milyon avro |
Vida |
Beşiktaş | 3 milyon avro |
Gustavo | Fenerbahçe | 2.7 milyon avro |
Aida İSAQ, Banco.az