Türkiyədə fevral inflyasiyası 55,2 faiz təşkil edib | Banco.az

Türkiyədə fevral inflyasiyası 55,2 faiz təşkil edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fevral ayında istehlak qiymətləri əvvəlki ilin eyni dövrünə nisbətən 55,18 faiz artıb.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) fevral ayı üzrə istehlakçı və istehsalçı qiymətləri indeksini açıqlayıb.

TÜİK-in məlumatlarına görə, fevral ayında ölkədə aylıq inflyasiya 3,15 faiz olaraq qeyd edilib.

Sözügedən dövrdə əvvəlki aya nisbətən ən çox artım qeydə alınan əsas qrup 7,36 faizlə qida və spirtsiz içkilər olub. Əsas qrupu 5,69 faizlə təhsil, 4,07 faizlə isə restoran və otellər izləyir.

Fevralda geyim qrupunda qiymətlər 1,76 faiz, spirtli içkilər və tütün məmulatlarında isə 0,43 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et