Müəllif - Aida İsaq, Banco.az
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan elektrik və təbii qaz qiymətlərinə endrim tətbiq olunacağını açıqlayıb.
Banco.az xəbər verir ki, qardaş ölkənin başçısı çıxışı zamanı aprel ayından etibarən bütün elektrik tariflərinin 15 faiz, sənayeçilərin istifadə etdiyi təbii qazın tarifinin isə 20 faiz azaldılacağını açıqlayıb. Prezident həmçinin Qara dəniz qazının Filyos emal müəssisəsinə gətirilməsi zamanı xalq üçün şad xəbərlərin olacağını qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!