Türkiyədə Enerji Bazarını Tənzimləyən Qurum (EPDK) elektrik enerjisi qiymətlərini 1 İyuldan etibarlı olmaqla 14,98 faiz artırıb.
Qiymətlər dövlət və özəl sektor istehsal şirkətlərinin artan xərcləri ilə əlaqədar olaraq qaldırılıb.
Ölkədə qaz qiymətlərini BOTAŞ müəyyənləşdirir. BOTAŞ-ın da 30 İyuna qədər 1 İyuldan yeni tariflər müəyyən edəcəyi gözlənilir.
Bundan əvvəl Türkiyədə şəkər tozu və çayın satış qiymətləri artırılıb.
Marja