Bu gün Türkiyədə ABŞ dollarının məzənnəsi 4,2942 lirəyə çataraq yenidən rekord vurub.
Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.
Qonşu ölkədə avro də bahalaşmaqdadır. Avropa valyutasının məzənnəsi 5,11 lirəni keçib.
Xatırladaq ki, TRY/USD nisbətində sonuncu dəfə rekord mayın 4-də - 4,2901 səviyyəsində qeydə alınıb. Avro isə aprrelin 11-də 5,194 lirəyə qədər bahalaşmışdı.