Türkiyədə dolların məzənnəsi 3,90 lirəyə yaxınlaşıb | Banco.az

Türkiyədə dolların məzənnəsi 3,90 lirəyə yaxınlaşıb

Türkiyədə ABŞ dollarının məzənnəsi bu gün səhər saatlarında Asiya birjalarında 3,8967 TRY/USD səviyyəsinə yüksəlib. Dolların məzənnəsinin yüksəlməsinə səbəb Türkiyə Mərkəzi Bankının (TCMB) uçot dərəcəsini artıracağı ilə bağlı qərar qəbul etmək istəməməsidir. Belə ki, TCMB uçot dərəcəsinin artmasını iqtisadi artımı yavaşladacağını düşündüyünü dəfələrlə bəyan edib. İnvestorlar isə inflyasiya ilə uçot dərəcəsi arasında ciddi fərq əmələ gəldiyini səbəb gətirərək lirə aktivlərini sataraq xarici valyuta almağa başlayıb. 

Ən sərfəli kredit üçün müraciət et

"Report"un analitik qrupu bildirir ki, TCMB-nin növbəti iclası yanvarın 24-də keçiriləcək. Məhz bu tarixə qədər dolların məzənnəsinin artacağı istisna edilmir. Analitiklər iclasda uçot dərəcəsinin artırılacağı və dolların məzənnəsinin kəskin düşəcəyini ehtimal edirlər. Əks halda, dolların məzənnəsi yaxın perspektivdə 4,50-5,00 TRY/USD səviyyəsinə çata bilər.

Mənbə: Report.az