Türkiyədə dolları lirəyə dəyişənlərə VERİLƏN HƏDİYYƏLƏR | Banco.az

Türkiyədə dolları lirəyə dəyişənlərə VERİLƏN HƏDİYYƏLƏR

Prezident Ərdoğanın «dolları lirəyə dəyişin» çağırışından sonra pulunu dəyişən əhali ilə yanaşı, bəzi ticarət və xidmət obyektləri də pulunu dəyişənlərə hədiyyələr verməyə başlayıblar.

Bəzi ərazilərdə dolları lirəyə dəyişdiyini təsdiq edən qəbzi göstərməklə bəzi malları və xidmətləri endirimlə və ya pulsuz almaq olar. 
 
Məsələn, 50-100 dolları lirəyə çevirənlər pulsuz telefon aksessuarları ala bilər və ya telefonlarını təmir etdirə bilərlər. Bəzi bərbərxanalar 100 dolları lirəyə dəyişənlərə pulsuz xidmət göstərəcəklərini bildiriblər, təbii ki, pulu dəyişmək haqqında çeki göstərməklə. 
 
Piknik üçün qaz plitəsini kirayəyə verən bir sahibkar 500 dolları lirəyə dəyişənlərə bu plitəni pulsuz verir. 
 
Tikinti avadanlığının icarəsi ilə məşğul olanlar isə 1000 dolları dəyişənlərə bir günlük icarə haqqını güzəşt edirlər. 
 
Adanadakı otel 1000  dolları lirəyə dəyişənlərə 3 gün pulsuz otel təqdim edir. 
 
Geyim mağazalarının biri isə 10 min dolları lirəyə dəyişənlərə pulsuz toy libası hədiyyə edir.

Ən sərfəli kredit üçün müraciət et

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et