Türkiyədə dollar yeni rekord səviyyəyə yüksəlib | Banco.az

Türkiyədə dollar yeni rekord səviyyəyə yüksəlib

Türkiyədə ABŞ dollarının məzənnəsi yeni tarixi rekord səviyyəyə yüksəlib. 

Bu gün, dekabrın 2-də nağd valyuta bazarında məzənnə 3,5250 TRY/USD-yə yüksəlib. Buna səbəb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə dəqiqə bundan əvvəl ölkədə faizləri azaltmaq zərurəti barədə açıqlaması olub. 

Qeyd edək ki, makroiqtisadiyyatda milli valyutanın məzənnəsi zəifləyirsə, yəni devalvasiya baş verirsə, ölkədə uçot dərəcəsinin artırılaraq milli valyutaya marağın artırılması əsas şərt kimi qəbul edilir. Həmçinin, "Moody's" beynəlxalq reytinq agentliyi bu günə nəzərdə tutulan Türkiyənin kredit reytinqi qiymətləndirməsini öz təqvimindən çıxardığını açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

"Report"un analitik qrupu ilin sonuna qədər TRY/USD məzənnəsinin 3,60-a qədər yüksəldikdən sonra 3,45-dək geriləyəcəyini proqnozlaşdırır.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et