Yaxın vaxtlara qədər sindikatlaşdırılmış kreditlər və svop (swap) əməliyyatları ilə xaricdən borc ala bilən Türkiyə bankları üçün bol likvidlik dövrü arxada qalıb.
Hazırda yerli banklar əmanət qəbulu vasitəsilə vəsait cəlb etməyə çalışırlar, buna görə də, Türkiyə daxilində dollar əmanətlərinin illik faiz dərəcəsi 1%-dən 3,5%-ə qaldırılıb.
Buna səbəb xarici maliyyə qurumlarının Türkiyəyə münasibətinin dəyişməsidir. Hazırda Türkiyə bankları ABŞ-dan dollarla sindikatlaşdırılmış krediti LİBOR+0,85%-lə, Avropa banklarından avro ilə sindikatlaşdırılmış krediti isə LİBOR+075%-lə cəlb edirlər. Son aylar faizlərdə ciddi dəyişikliklər olmasa da, bankların sindikat kreditlərini yeniləmə ("Roll over") faizi i75-80%-ə enib. Yəni, qərb bankları daha Türkiyə bankları üçüb faiz səviyyəsi ilə kredit xətti açmaq istəmir.
Mənbə : report.az