Türkiyədə Dollar daha da bahalaşdı | Banco.az

Türkiyədə Dollar daha da bahalaşdı

Dollar/TL məzənnəsi bu gün səhər saatlarında 5.24 lirə səviyyələrində idi. Daha sonra məzənnə yüksəlməyə başlayaraq 5.33 lirə səviyyəsini test edib. Avro da 5.97-dən 6.08-ə yüksəlib.

Dünən Türkiyədə Noyabr ayı inflyasiya göstəricisi açıqlandı. İnflyasiya 2017-ci ildən bəri ilk dəfə aylıq müqayisədə düşüb. Proqnozdan yaxşı olan məlumatdan sonra məzənnə 5.14-ə düşsə də burada daimi qala bilmədi və 1%-dən çox artaraq 5.28-i test etdi.

Hazırda 1 Dollar 5.3258 Türk Lirəsinə bərabərdir. Bu gün Lirə Dollar qarşısında 1,4% ucuzlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

YÜKSƏLİŞİN SƏBƏBİ

Analitiklər bildirirlər ki, Türk Lirəsinin yenidən Dollar qarşısında dəyərdən düşməsi Mərkəzi Bankın Dekabr ayında faiz endirəcəyi gözləntiləridir. Türkiyə Mərkəzi Bankı (TCMB) sərt pul siyasəti mövqeyini dəfələrlə xatırlatmasına baxmayaraq bazarda bir aylıq inflyasiya göstəricisi ilə Mərkəzi Bankın faiz endirəcəyinə dair  gözləntilər yaranıb

Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et