Türkiyədə də benzin bahalaşır | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Türkiyədə də benzin bahalaşır

Sabahdan etibarən Türkiyədə benzin və dizel yanacağının satış qiyməti qalxacaq. Bu barədə Neft Məhsulları İşəgötürənlər Təşkilatı məlumat yayıb.

Məlumata görə, benzinin qiyməti 14 kuruş, dizelin qiyməti isə 12 kuruş qalxacaq.

Beləliklə, İstanbulda 1 litri 5,24-5,26 Türkiyə lirəsinə (2,48-2,49 manat) satılan 95 oktanlı benzinin qiyməti 5,38-5,40 TRY-ə (2,55-2,56 manat) yüksələcək. Dizel yanacağının 1 litrinin qiyməti isə 4,57 TRY-dən (2,16 manat) 4,69 TRY-ə (2,22 manat) qalxacaq.

Qeyd olunur ki, yanacağın qiymətindəki gözlənilən artım ölkədə ABŞ dollarının sürətlə bahalaşması ilə əlaqədardır.

©Report.az