2022-ci ilin yanvar-may aylarında Türkiyədə Çin kapitalı ilə 31 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 8 şirkət çoxdur.
Bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
Məlumatda qeyd olunur ki, hesabat dövründə qeydiyyata alınan Çin şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalı da artıb.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Çin şirkətlərinin məcmu kapitalı 71,5 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 21,6 milyon türk lirəsi təşkil edib”, - deyə TOBB-dan bildirilib.
TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-may aylarında Çin şirkətlərinin əksəriyyəti İstanbulda (25) qeydiyyata alınıb.
“İstanbulnda qeydiyatdan keçən Çin şirkətlərinin ümumu kapitalı 4,4 milyon türk lirəsi təşkil edib”, - deyə TOBB-dan bildiriblər.
Qeyd olunub ki, 2022-ci ilin yanvar-may aylarında Türkiyədə Çin kapitalı ilə 17 topdan və pərakəndə, 2 daşınmaz əmlak şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.
trend
Bizi sosial şəbəkələrdən izləyin!!