Müəllif: Tamara Mustafayeva, Banco.az
Aprel ayı ərzində Türkiyədə bank sektorunun xalis mənfəəti 10,5 faiz artım göstərib.
Banco.az xəbər verir ki, Türkiyədə bank sektoru üzrə tənzimləmələrin balans hesabatlarına təsiri aprel ayında özünü göstərib.
Belə ki, aprel ayında sektorun yekun xalis mənfəəti 10,5 fazi artımla 38,6 milyard TL-yə çatıb. Yanvar-aprel dövründə isə bank sektorunun yeku xalis mənfəəti illik 47,4 faiz artaraq 144,7 milyard TL hesablanıb.
Bank Tənzimləyici və Nəzarət Agentliyi (BDDK) tərəfindən dərc olunan məlumatlara görə, aprel ayında problemli kreditlərin ümumi nağd kreditlərə nisbəti 1,86 faiz olub. Ötən ilin eyni dövründə isə bu göstərici 2,75 faiz idi.
Bizi sosial şəbəkələrdən izləyin!!