Türkiyədə bank sektorunun kredit həcmi artıb | Banco.az

Türkiyədə bank sektorunun kredit həcmi artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə bank sektorunun kredit həcmi artaraq 9,7 trilyon lirəyə yüksəlib.

Banco.az xəbər verir ki, bank sektorunun kredit həcmi ötən həftə 52 milyard 447 milyon türk lirəsi artaraq 9 trilyon 687 milyard 645 milyon türk lirəsi olub.

Bu göstəricilər Bank Tənzimləmə və Nəzarət Agentliyinin (BDDK) dərc etdiyi həftəlik bülletendə qeyd olunub.

Sözügedən dövrdə ümumi kredit həcmi isə 9 trilyon 635 milyard 198 milyon lirədən 9 trilyon 687 milyard 645 milyon lirəyə yüksəlib.

Qeyd edək ki, bank sektorundakı cəmi əmanətlər isə (banklararası daxil olmaqla) ötən həftə 315 milyard 750 milyon lirə artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et