Türkiyədə avtomobil satışları sentyabrda kəskin artıb | Banco.az

Türkiyədə avtomobil satışları sentyabrda kəskin artıb

Bu ilin sentyabr ayında Türkiyədə minik və yüngül kommersiya avtomobillərinin (SUV)  satışları illik müqayisədə 115,8% artaraq 90 619 ədədə çatıb.

Türkiyənin Avtomobil Distributorları Dərnəyinin hesabatına görə, ötən ay təkcə minik avtomobillərinin satışları 101,9% artaraq 71 296 ədədə bərabər olub.

Yanvar-sentyabr aylarında ölkədə 493 621 ədəd SUV və minik avtomobilləri realizə edilib ki, bu da illik müqayisədə 75,5% çoxdur. Hesabat dövründə təkcə minik avtomobillərinin satışı 70% artaraq 388 690-a çatıb.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram